image-2backend

Keçmiş məhkumun evində 4 kq narkotik aşkarlandı

image-reklam_sirab_01

Bərdədə 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Vətəninfo.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb. Onun üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin evinə də baxış keçirilib və oradan 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

image-1 image-1

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki