Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Polis İdarəsində qəribə hadisə baş verib.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, əvvəllər polis nəfəri kimi çalışmış 1992-cü il təvəllüdlü Nurlan S. qardaşının işi ilə əlaqədar idarəyə gedədərək insident törədib.
Belə ki, Nurlan qeydiyyatdan keçmədən inzibati binaya daxil olub. Bu zaman qapıda dayanan polis əməkdaşı onu saxlayıb və idarəyə daxil olan mülki şəxslərin mütləq qeydiyyatdan keçməli olduğunu bildirib. Burada keçmiş polis əməkdaşı ilə idarə əməkdaşları arasında mübahisə yaranıb. Nurlan polis əməkdaşının ona müraciətinə etiraz edib. Mübahisə böyüdüyündən Nurlan barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Saxlanılan şəxs sprotokolla birgə Naxçıvan şəhər Məhkəməsinə göndərilib və onun barəsində 7 sutkalıq həbs qərarı verilib.
Qeyd edək ki, həbs edilən şəxs polis sistemindən bir müddət əvvəl kənarlaşdırılıb.