Uels şahzadəsi Keyt Middlton Bukingem sarayında Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
Bu barədə “People” agentliyinə istinadən xəbər verilir.
Y.Zelenskaya bu gün – sentyabrın 19-da Böyük Britaniya Kraliçası II Elizabetlə vida mərasimində iştirak etməyi planlaşdırır.
Nəşr vurğulayıb ki, mərhum monarxa ehtiramını bildirmək üçün Londona gələn 500 nüfuzlu şəxs və dünya liderləri arasında Ukraynanın birinci xanımı da var.