İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe “kral klubu”nun sabiq hücumçusu Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.
“Opta” xəbər verir ki, fransalı forvard buna Madrid təmsilçisindəki ilk mövsümündə avrokuboklarda vurduğu qolların sayına görə nail olub.
27 yaşlı futbolçu bu mövsüm Çempionlar Liqasında rəqib qapılarına 7 dəfə yol tapıb. Ronaldu və Mbappedən əvvəl isə Xusto Texada “Real Madrid”də bu göstəriciyə imza atıb.
Qeyd edək ki, ötən ilin yayından La Liqa klubunda çıxış edən Kilian Mbappe ötən gün Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Mançester Siti” komandası ilə cavab oyununda het-trik edib. İspaniya təmsilçisi iki görüşün nəticəsinə (3:2, 3:1) əsasən 1/8 finala vəsiqə qazanıb.