Kiyevdə bütün xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib.
Veteninfo.az-ın “UaNews”a istinadən xəbərinə görə, bu qərarı şəhərin meri Vitali Kliçko elan edib.
O bildirib ki, Ukrayna paytaxtındakı uşaq bağçaları və məktəblərin də fəaliyyəti dayandırılıb.
Kliçkonun sözlərinə görə, belə bir addım yaranmış vəziyyətlə əlaqədar qəbul edilib.