“Əlilliyə görə pensiyaçıların sayında azalma son illər bu sahədə aparılan islahatlar və şəffalaşma ilə əlaqədardır”.
Veteninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
“Onu da qeyd edim ki, artımlar bütün müavinətlər üzrə olacaq”, – o vurğulayıb.