“Dünyanın on ölkəsindən vətəndaşlar Azərbaycana vizasız gələ bilirlər”.
Vətəninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq səviyyəli hava limanları olsa da, onlardan səmərəli istifadə edilmir: “Hazırda qüvvədə olan “Turizm haqqında” qanun standartlara cavab vermir. Onun üçün yeni qanun layihəsi hazırlanıb”.