image-img-20210618-wa0020backend

Könül Nurullayeva AŞPA-nın Bərabərlik və Anti-Diskriminasiya Komitəsi üzrə baş tutan videokonfransında iştirak edib

image-reklam_sirab_01

17 iyun 2021-ci il tarixində Milli Məclis deputatı Könül Nurullayeva AŞPA-nın Bərabərlik və Anti-Diskriminasiya Komitəsi üzrə baş tutan videokonfransında iştirak etmişdir.

İclasda “Təhlükəsiz, sağlam və təmiz ətraf mühit haqqındakı bərabərsizliklərlə mübarizə” mövzusu ətrafında çıxış edən millət vəkili qlobal miqyasda narahtlıq doğuran bir sıra mühüm məsələlərə toxunmuş, möcvud problemlərin həlli istiqəmətində təkliflərini irəli sürmüşdür.

K. Nurullayeva çıxışında ətraf mühitdə mövcud olan resurslara bərabər hüquqlar əldə etməkdə ən çox çətinlik çəkən həssas qruplar üçün xüsusi yardım planının hazırlanmalı olduğunu vurğulamışdır.

Milli Məclis deputatı həmçinin bildirmişdir ki, hər bir hökümət dövlət siyasəti tərkibinə ətraf mühitin qorunmasına dair atacağı gələcək addımları daxil etməli, bu addımları sistematik şəkildə həyata keçirməlidir.

K.Nurullayeva Azərbaycan hökuməti tərəfindən 2020-2025-ci illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı çərçivəsində ölkəmizin ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərindən də bəhs etmişdir. “Azərbaycanda dayanıqlı ətraf mühitin yaradılması məqsədilə ölkəmizdə ilk dəfə işğaldan yeni azad edilən Zəngilan torpağında ‘ağıllı kənd’ konsepsiyası tətbiq edilmişdir” deyə millət vəkili qeyd etmişdir.

Sonda isə Milli Məclis deputatı hər bir şəxsin sağlam və dayanıqlı ətraf mühitdə yaşamasını təmin etmək, həssas qrupların bu istiqamətdə imkanlarını genişləndirmək üçün dünya ölkələri və təşkilatlarını birlikdə hərəkət etməyə çağırmışdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki