image-img-20220621-wa0032backend

Könül Nurullayeva AŞPA-nın yay sessiyasında çıxış edib

image-reklam_sirab_01

“İdmanda genderlə mübarizə apararaq qadınların idmanın üstünlüklərindən istifadə etmək üçün bərabər imkanlara nail olmaq mümkündür. Buna öz ölkəmi nümunə göstərə bilrərəm.” Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın yay sessiyasında çıxışı zamanı belə deyib. Bildirib ki,

Azərbaycanda qadınlar idman və bədən tərbiyəsi ilə məşğul olmaq üçün bərabər hüquq və imkanlardan istifadə edirlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur: “Bütün idman obyektləri həm kişilər, həm də qadınlar üçün eyni dərəcədə açıqdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların təxminən 40 faizini qadınlar təşkil edir. “Bədən tərbiyəsi və idman haqqında” qanunun və “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı”nın qəbulu, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyaya qoşulmaq Azərbaycanda qadınların kişilərlə bərabər şərtlər çərçivəsində idmanda iştirakına öz töhvəsini verib.”

Deputat idman sahəsində diskriminasiya problemi ilə bağlı bir neçə tövsiyə də irəli sürüb. Qeyd edib ki, qadınların və kişilərin eyni hüquqlardan istifadə etməsini təmin etmək üçün üzv dövlətlərdə milli səviyyədə bərabər rəftar siyasəti istiqamətində işlər görülməlidir: “Bu siyasətin dəstəyi ilə gender bəyabərsizliyinin aradan qaldırılmasına yönəlmiş qanunvericilik bazaları yaradılmalıdır.  Məsələn, qadın məşqçinin kişi həmkarından daha az məvacib almasına icazə verməyən xüsusi mexanizm mövcud olmalıdır. Bundan əlavə, bərabərsizliyin qarşısını almaq və az təmsil olunan tərəfin vəziyyətini yaxşılaşdırmaq məqsədilə üzv dövlətlərin səlahiyyətli orqanları tərəfindən bir sıra müsbət tədbirlər görülə bilər. Məsələn, bərabərliyə nail olmaq və idmanda ayrı-seçkiliyin mövcud formalarını aradan qaldırmaq məqsədilə qadınların əvvəllər kişilərdən ibarət futbol klublarının üzvü olması üçün güzəştli haqların ödənilməsi və s. bu kimi bəzi mühüm tədbirlər həyata keçirilə bilər.  Üstəlik, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatları bu mövzu ilə bağlı hərəkətə keçməli və narahatlıqlarını bildirməlidirlər. Bu cür qurumlar qadınlara qarşı ayrı-seçkilik haqqında ictimaiyyətin məlumatlılığını artırmaq və idman sektorunda bunun qarşısını almaq üçün institusional prosesləri daha dərindən araşdıra bilərlər”.

Deputat Könül Nurullyeva bu tövsiyələrin tətbiqinin bu sahədə qadınlara qarşı ayrı-seçkiliklə mübarizədə səylərin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

image-img-20220621-wa0031


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image