image-konulbackend

Könül Nurullayeva: “Azad olunmuş ərazilərin bərpasına UN-HABİTAT ekspertlərinin cəlb olunması prosesi sürətləndirə bilər”

image-reklam_sirab_01

Azərbaycan Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasına bərpa və yenidənqurma, bölgələrin və şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaradan ölkə kimi qatılıb. Məlumdur ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir.

Paytaxtın tarixi görkəmini qorumaqla inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, müasir şəhər planlaşdırılması, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarının tətbiqi nümünə kimi göstərilir. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni 9 şəhər, yüzlərlə kənd salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Təbii ki, beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Dövlət başçımız ümumdünya şəhər forumunda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirdiyini xatırlatdı. Eyni zamanda Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə​ (“UN-HABITAT”) daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici donorların dəstəyinə açıqdır. Məlumdur ki, 2009-cu ildə Şri-Lankada münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.

Məsələ burasındadır ki, Azərbaycan yenidənqurma işlərinə minaların təmizlənməsilə başlayıb. Bu isə ölkəmizin ən mürəkkəb bərpa-yenidənqurma işlərindən birini həyata keçirdiyini təsdiqləyir. Bu barədə dövlət başçımız da forumda çıxışı zamanı qeyd etdi və beynəlxlaq auditoriyanın diqqətinə çatdırdı ki, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu mənada by mürəkkəb prosesə dəstək mütləqdir və şübhəsiz, təşkilatın mütəxəssislərinin Azərbaycanda da azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə cəlb olunması bu prosesi daha da sürətləndirə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image