“Son vaxtlar istənilən yaş kateqoriyasından olan şəxslər,xüsusilə uşaqların intihar etmə xəbərləri bizi dərindən sarsıdır,bu məsələlərə xüsusi həssaslıq nümaiş etdirməyə sövq edir”.
Veteninfo.az xəbər verir ki,bu fikirləri bu gün keçirilən Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Könül Nurullayeva bildirib.
Millət vəkili qeyd edib ki,22 aprel 2021-ci il tarixində KİV-də yayılan mılumata əsasən,13 yaşlı uşaq özünü asaraq intihar edib: “İddia olunur ki,13 yaşlı Ramizə qarşı laqeyd və diqqətsiz davranış,ayrılmış valideynləri və ailəsində baş verən problemləri onun intihar etməsi ilə nıticələnmişdir”. Könül Nurullayeva vurğulayıb ki,digər bir mılumatda təmsil etsiyi Nizami rayon Keşlə qəsəbəsində atası tərəfindən azyaşlı qız uşağına qarşı mütəmadi şiddət göstərilməsi faktı qeyd edilir: “Həmin valideynlərin valideynlik hüququnun məhdudlaşdırılması məsələsi ilə bağlı məhkəməyə müraciət edildiyi də qeyd edildiyid də bildirilir.27 aprel 2021-ci il tarixdə isə 17 yaşlı İsa Alməmmədov intihar edib.Təssüflər olsun ki,bu siyahını genişləndirmək də olar”. Millət vəkili qeyd edib ki, uşaq intiharları və onlara qarşı göstərilən fiziki şiddətlə əlaqədar dəqiq statistik mılumatların əldə edilməsində hələ də problemlər mövcuddur: “Adətən ailə daxilində yaranan münaqişələr ailə daxilində qalaraq yalnız ağır nəticələrə səbəb olduğu təqdirdə hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.
Veteninfo.az