image-9161fa2a-5628-4772-9c34-01beec419fa3backend

“Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi çərçivəsində seminar keçirildi – FOTO

image-reklam_sirab_01

“Estafet” Gənclərin İctimai Birliyi “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində oktyabrın 25-də Naxçıvan Gənclər Mərkəzində seminar keçirilib.

İctimai Birliyin sədr müavini çıxış edərək bildirib ki, humanist məzmuna malik könüllülük fəaliyyətinin pedaqoji əsaslarının öyrənilməsi və bu fəaliyyətin pedaqoji mahiyyətinin gənclərə aşılanması layihənin əsas məqsədidir.

Sonra seminara start verilib. Seminar pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyevanın təqdimatında “Könüllülüyün pedaqoji potensialının təhlili” mövzusunda baş tutub.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı və Naxçıvan Müəllimlər İnstitutudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image