image-10backend

Koronavirusa yoluxan Çexiya Prezidentinin digər xəstəliyi tapılıb

image-reklam_sirab_01

Yeni növ koronavirus infeksiyasına yoluxan və bir ay reanimasiyada yatandan sonra palataya köçürülən Çex Respublikasının Prezidenti Miloş Zemanda xroniki xəstəlik aşkarlanıb.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ona qaraciyər sirrozu diaqnozu qoyulub və mədəsinə qidalanma borusu yerləşdirilib.

Prezidentin səhhətinin monitorinqi üzrə tibbi konsiliumun üzvü, cərrah Pavel Pafko bildirib ki, bu xəstəlik uzun illər ərzində əlamətsiz və ya az əlamətlə inkişaf edə bilir.

Həkimin sözlərinə görə, Zemanın mədəsindəki zondun müddəti prezidentin təyin edilən pəhrizə necə əməl edəcəyindən asılıdır.

Pafko əlavə edib ki, Çexiya Prezidentinin müalicə aldığı Praqadakı Mərkəzi Hərbi Hospitaldan buraxılması barədə danışmaq hələ tezdir, çünki bu, dörd həftəyə qədər çəkə bilər.

Miloş Zeman xəstəxanaya oktyabrın 10-da, parlament seçkiləri keçirildikdən sonra yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki