Futbol üzrə Portuqaliya millisinin və Səudiyyənin “Əl-Nasser” klubunun hücumçusu Kriştiano Ronaldo Millətlər Liqası çərçivəsində keçiriləcək futbol matçında iştirak etmək üçün yığmaya çağırılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 5-də Portuqaliya Xorvatiya, sentyabrın 8-də isə Şotlandiya ilə yarışacaq. Hər iki qarşılaşma portuqalların meydanında baş tutacaq.