image-reklam-veteninfo
image-1backend

Kriştianu Ronaldo bu kluba keçir

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən əfsanəvi futbolçu Kriştianu Ronaldo başqa kluba keçə bilər. Bu barədə ərəb jurnalist Nasser Cabbar məlumat verib. Sonuncunun sözlərinə görə, Ronaldo builki Klublararası Dünya Çempionatında iştirak etmək istədiyi üçün “Əl-Nassr”ı tərk etməyi düşünür. İdmançı ilə “Mançester Siti” və “Çelsi” maraqlanır. O, çempionatda iştirak etmək üçün bu iki klubdan hər hansı biri ilə bir aylıq müqavilə bağlaya bilər. Xatırladaq ki, Ronaldo bir vaxtlar Çempionlar Liqasının qalibi olduğu “Mançester Yunayted”də çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki