image-1backend

Kriştianu Ronaldonun keçmiş evi satışa çıxarılıb

image-reklam_sirab_01

Dünyaca məşhur futbolçu Kriştianu Ronaldonun keçmiş evi satışa çıxarılıb. 5 milyon ingilis funt sterlinqinə başa gəlir. Vətəninfo.az xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Ev İngiltərənin şimal-qərbində, Çeşir qraflığında, mənzərəli yerdə yerləşir.

Ronaldo ilkin olaraq ev üçün 5,5 milyon funt-sterlinq ayırmışdı, lakin o qiymətə alıcı tapmaq mümkün olmadı və qiyməti yarım milyon aşağı salmalı oldu. Evlə birlikdə 9.3 sot torpaq sahəsi də var. Evdə beş yataq otağı, qonaqlar üçün kabin və daha iki bitişik bina var. Evdə həmçinin ev kinoteatrı, şərab zirzəmisi, hovuzu olan istirahət zonası, idman zalı, cakuzi, dörd maşınlıq qaraj və digər iaşə obyektləri var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki