Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb.
Vətəninfo.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 26 adda, ümumilikdə 87 760 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.