image-1backend

“Latsio” və “Atalanta” heç-heçə oynadı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İtaliya çempionatının 18-ci turunda Roma “Latsio”su Berqamonun “Atalanta”sını qəbul edib və son dəqiqələrdə qələbəni əldən verib. Heç-heçə qeydə alınıb: 1:1.

27-ci dəqiqədə meydan sahiblərinin nigeriyalı yarımmüdafiəçisi Fisayo Dele-Başiru görüşün hesabı açıb.

İtaliyalı yarımmüdafiəçi Marko Brescianininin 88-ci dəqiqədə vurduğu qol italiyalı Can Pyero Qasperininin rəhbərlik etdiyi komandanı məğlubiyyətdən xilas edib.

“Atalanta” (18 oyun) 41 xalla turnir cədvəlinə başçılıq edir və 17 oyun keçirmiş ikinci pillədəki çempion “İnter”i 1 xal qabaqlayır. “Latsio” (18 oyun) 35 xalla dördüncüdür .

İtaliya çempionatı, 18-ci tur

“Latsio” – “Atalanta”: 1:1

Fisaio Dele-Başiru, 27 – Marko Brescianini, 88


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image