image-1backend

Lənkəran sakinləri 15 kiloqram narkotiklə tutuldu

image-reklam_sirab_01
Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov “Vaz 2106” markalı avtomobildə saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki