image-reklam-veteninfo
image-1backend

Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü iddia olunur

image-reklam-veteninfo

Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qaldığı iddia olunur.

APA-nın məlumatına görə, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Uşağa ilkin tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, valideynləri uşağın digər uşaqlarla oynayarkən xəsarət aldığını bildiriblər. Bununla yanaşı, uşağın atalığı tərəfindən döyüldüyü ilə bağlı iddia da araşdırılır.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki