Lənkəranın Tükəvilə kəndində ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Fuad oğlu Ağazadənin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Vətəninfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlərt Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Firqət Ağazadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermada onun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədovanı bıçaqlayıb. Anasının səsinə gələn Valeh Məmmədov da F.Ağazadənin hücumuna məruz qalıb.
Sonra isə Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.
Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Firqət Məmmədov tibbi yardımdan göstəriləndən sonra polisə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.3 maddəsi ilə cinayət işi açılıb.