Lənkəranda yol qəzası baş verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.
Yük motosikleti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada – 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.
Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.
Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.