image-2backend

Lənkəranda itkin düşən şəxsin körpüdən yıxılaraq öldüyü məlum olub

image-reklam_sirab_01

Lənkəranda ötən gün itkin düşən 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.

Vətəninfo.az-ın məlumatına görə, bu gün rayonun Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oğlunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki