Lənkəranda avtomobil məhəccərə çırpılıb, 3 nəfər xəsarət alıb.
Vətəninfo.az-ın məlumatına görə hadisə Ələt-Astara magistralının 169-cu km-də baş verib.
Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi “Hundai” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.