Vətəninfo.az xəbər verir ki, İspaniyanın çempion klubu “Barselona”nın və Polşa millisinin 37 yaşlı hücumçusu Robert Levandovski ciddi zədə alıb. Məlumata görə, o, milli komanda ilə keçirilən oyunda sol diz bağlarında zədə alıb. Katalon mətbuatı bu barədə xəbər verib, lakin sağalma müddəti ilə bağlı məlumat verilməyib.
İspaniya La Liqasının cari mövsümündə Levandovski 7 matçda iştirak edib və 4 qol vurub.
Polşa millisi, 12 oktyabrda Dünya Çempionatı seçmə mərhələsində Litvaya 2:0 hesabı ilə qalib gəlib və Levandovski bu oyunda bir qol vurub.