Vətəninfo.az xəbər verir ki, Şimali Amerikanın “İnter Mayami” klubunun sahibi Devid Bekhem argentinalı Lionel Messinin gələcəyindən danışıb.
“Mən Messinin karyerasından sonra Mayamidə yaşamasını istərdim, lakin Leo mənə dedi ki, o, yalnız Camp Nou yaxınlığında yaşamağı düşünür. Barselonanı Messidən daha çox sevən başqa heç bir oyunçu yoxdur”, – deyə Bekhem Barca Universal-dan sitat gətirib.
Xatırladaq ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 39 matçda iştirak edib, 34 qol vurub və 18 məhsuldar ötürmə edib.