Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandadakı gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, mütəxəssis bildirib ki, yanvar ayına qədər Argentina yığmasına rəhbərlik etməyə davam edəcək, lakin daha sonra böyük ehtimalla vəzifəsini tərk edəcək.
“Yanvar ayına qədər Argentina millisinin baş məşqçisi kimi davam edəcəyəm. Daha sonra isə böyük ehtimalla bu vəzifədən ayrılacağam. Yenidən enerji toplamağa ehtiyacım var və artıq burada dayanmağın vaxtıdır”, – deyə Skaloni bildirib.
Argentina millisinin uğurlu baş məşqçisi komanda ilə qazandığı nailiyyətlərə və futbolçular arasındakı münasibətlərə də toxunub.
Skaloni vurğulayıb ki, onun üçün ən vacib məsələ Argentina xalqı ilə milli komanda arasında yaranan bağlılığın və qürur hissinin qorunub saxlanılmasıdır.
“Ən vacib olan odur ki, bu ruh və bu hiss Argentina xalqı ilə komanda arasında yaşamağa davam etsin. Bununla qürur duyuram”, – deyə argentinalı mütəxəssis qeyd edib.


























