image-0e6265e7-d288-35fe-8645-7644ce68e22e_850backend

Livanda vəbaya yoluxanların sayı 26-ya çatıb, bir nəfər ölüb

image-reklam_sirab_01

Livanda vəba vibrionuna yoluxma hallarının sayı bir gündə 8 nəfər artaraq 26-ya çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Həmçinin oktyabrın 12-də ilk ölüm halı qeydə alınıb. Livanın şimalında yoluxmuş xəstələrdən biri dünyasını dəyişib.

“Vəbanın yayılması ilə mübarizə üçün səlahiyyətli orqanlar tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, yoluxma hallarının sayı hər gün artır”, – məlumatda vurğulanıb.

Həkimlər Həmkarlar İttifaqının rəhbəri Yusif Bəhhaş bildirib ki, vəba Livana Suriyadan gəlib və burada onun kütləvi yayılması müşahidə olunur. Onun fikrincə, virusu ölkəyə gətirən qaçqınlar olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki