image-3backend

Lökbatanda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib

image-reklam_sirab_01

Bakının Qaradağ rayonun Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu ilə vida mərasimi keçirilib.

Vətəninfo.az xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki