image-1backend

Lökbatanda nənə və nəvə belə xilas olundu – VİDEO

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Vətəninfo.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü R.Nəsibova və 2021-ci il təvəllüdlü A.Əlizadə mənzilinin giriş qapısının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub, vətəndaşları xilas edərək ailə üzvlərinə təhvil veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki