image-londonbackend

Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

image-reklam_sirab_01

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Veteninfo.az-a verilən xəbərdə deyilir ki,oktyabrın 24-də Böyük Britaniya Birləşmiş Krallığının paytaxtı Londonda 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək.

Tədbirdə Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edəcək.

Keçiriləcək aksiyada Böyük Britaniyadakı azərbaycanlı icmasının üzvləri, diplomatik korpusun nümayəndələri və Birləşmiş Krallığın deputatlarının iştirakı gözlənilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki