image-1backend

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

image-reklam_sirab_01

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının və “Immortal Champions” idman klubunun təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr edilən döyüş turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif ölkələrdən peşəkar döyüşçülər iştirak ediblər. Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə niderlandlı rəqibi Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə turnirdə yüksək əzmkarlıq göstərək rəqibinə qalib gəlib və “Immortal Champions”un Avropa çempionu titulunu qazanıb. O, bu zəfəri Vətən müharibəsində əldə olunan tarixi qələbəyə həsr etdiyini deyib.
VİDEO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image