image-lukasenkobackend

Lukaşenko: “Belarus ŞƏT-ə tam daxil olacaq”

image-reklam_sirab_01

Belarus bir ildən sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olacaq.

Vətəninfo.az-n “Rubaltikc.ru”-ya istinadən xəbərinə görə, prezidenti Aleksandr Lukaşenko deyib: “Təsisçilər istisna olmaqla, hamı bu yolla getdi. Növbəti görüş Hindistandadır və mən qarşımıza vəzifə qoymuşam ki, bir ildən sonra bu yolu keçək”.

 

Qeyd edək ki, sentyabrın 15-16-da Səmərqənddə keçirilən ŞƏT sammitində Belarusun təşkilata daxil olması mexanizmi işə salınıb. Lukaşenka ŞƏT-in baş katibi Çjan Minqlə görüşdə bildirib ki, respublikanın “Şanxay ailəsi”nin tamhüquqlu üzvü olmasının vaxtı çatıb. Belarus artıq 12 ildir ki, təşkilatla əməkdaşlıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki