Dünyada elə yerlər var ki, kiçik bir daşın , kiçik bir kəndın tarixi bütün dünyanın tarixinə bərabərdir. Bəzən bir daşı ziyarət etmək üçün milyonlarla turist həmin yeri ziyarət edir. Dünyada daş qədər qədim, insan oğlunun dostu olmaz. Yunanlar hesab edirdilər ki, daş insan oğlunu verilən və yaşamı üçün vacib bir nəsnədir. Əslində qədim insanlar daşdan əmək alətləri, ov alətləri düzəldir və həm də ilk memarlıq üçün alətlər kəşf edirdilər. Məhz bunun nəticəsi idi ki, qədim insanlar qayalar, daşlar üzərində məhz daşdan düzəltdikləri alətlər oyma işi görür, özlərinə sığınacaq inşa edirdilər. Məhz tikilən sığınacaqlar yeni yaşayış məskənlərinin, şəhərlərin, kəndləri təməli olurdu. Dövlətlər formalaşdıqca bu şəhərlər də böyüyür və ticarət mərkəzinə çevrilirdi. Sözsüz dünyada həm də elə ölkələr var ki, sivilizasiyanın mərkəzidir. Bu yazımızda dünya sivilisaziyasının mərkəzi hesab edilən qardaş Türkiyə haqqındadır. Tarixçilər hesab edir ki, bu günkü müasir Türkiyənin hər daşı, hər qalası bir tarixdir.
Bu gün milyonlarla insanın ziyarət etdiyi Türkiyədə çoxsaylı muzeylər var. Bu muzeylər qeyd etdiyimiz qədim ənələri özündə əks etdirir. Türkiyədə olan muzeylər içərisində Zeuqma Mozaika Muzeyinin öz yeri var. Qazantepdə yerləşən bu muzey əslində bir tarixdir.
Türkiyədə təkcə bu muzeyi ziyarət etməklə tarixin bütün incəliklərinə şahid ola bilərsiniz. Həm bina ölçüsünə, həm də sərgilənən mozaikaların əhatə etdiyi əraziyə görə dünyanın ən böyük mozaika muzeylərindən biri kimi tanınır. Məhz bu mozaikaların gözəlliyi günəş işığında əsl cənnəti xatırladır.
Muzeydə nümayiş etdirilən mozaikaların üstün bədii zövqü əks etdirməsi, Son Antik Dövr kilsələri, Erkən Assur və Xristian ikonoqrafiyası nümunələrini ehtiva etməsi muzeyi daha da cəlbedici edir.
Müasir dünyanın ən mühüm arxeoloji kəşflərindən biri olan, ümumi sahəsi 2500 kvadratmetr muzeydə Zeuqma Qədim Şəhərindən çıxarılan mozaikalardan başqa Roma dövrünə aid heykəllər, sütunlar və fəvvarələr var.
Döyüş Tanrısı Aresin bürünc heykəli muzeydə mozaikalardan başqa turistlərin ən çox diqqətini çəkən əsərlərdən biridir.
Tarix üçün eləcə də müasir dünya üçün maraqlı olan Zeugma adıdır.
Dəclə ilə birlikdə sivilizasiyanın beşiyi adlandırılan Mesopotamiyanın sərhədini təşkil edən Fərat çayı minilliklər boyu bu bölgəyə bolluq gətirib. 2300 il əvvəl bütün dünyanı fəth etmək məqsədi ilə Anadoludan keçən Makedoniyalı İskəndərin sərkərdələrindən olan Selevkos Nikator burada özünə kənd salmaq üçün Fəratın münbit sahillərini seçmiş və şəhərə birləşdirici bir ad verilməsini məqsədəuyğun hesab edir. Rəvayətə görə indiki Zeuqma muzeyinin yerində olan mozaikalı daşları görən İsgəndər burada ayaq saxlayır və sərkərdəsinə bu ərazidə kənd salmağı tövsiyyə edir.
Selevkilər Fərat adı ilə tanınan bölgə eramızdan əvvəl 64-cü ildə Roma hakimiyyəti altına girdikdə, adı “körpübaşı” mənasını verən “Zeuqma” olaraq dəyişdirildi. Sivilizasiyalar və mədəniyyətlər, eləcə də yollar arasında keçid nöqtəsində qalması və əsrlər boyu bu xüsusiyyətini qoruyub saxlaması onun adının nə qədər uyğun olduğunu göstərir. Sasanilər tərəfindən məhv edilənə qədər bu üstünlüyünü qoruyub saxlayan Zeuqma, Kommagene Krallığının dörd ən böyük şəhərindən biri oldu.
Muzeyin giriş mərtəbəsində ən möhtəşəm mozaikaların aşkar edildiyi və ziyarətçilərini canlanmış formada gözləyən Poseydon və Fərat villalarının bütün divarlarının, hətta döşəmələrinin mozaika və freskalarla bəzədilməsi, şəhərin zənginliyinə sübutdur.
Bu muzeydə nümayiş etdirilən əsərlər əslində tarixin özüdür desək yanılmarıq. Məhz bu baxımdan muzey milyonlarla turistin sevdiyi bir məkana çevrilib.
“Qaraca Qız” (Eramızın II-III əsrləri)
Muzeydəki mozaika pannolarının hamısı böyük sənətkarlıq əsərləridir. Bəzilərinin 500 min parçadan ibarət olması ilə yanaşı, fiqurların reallığı və canlılığı da təqdirəlayiqdir. Bununla belə, muzeyin ən mühüm əsəri bu çox böyük pannolar deyil, digərləri ilə müqayisədə nisbətən kiçik parça halında aşkar edilmiş eramızın II əsrinə aid Maenad və ya daha çox Qaraca Qız Mozaikası kimi tanınan əsərdir.
Qaraçı qızının baxışlarını aktivləşdirmək üçün mozaikada xüsusi texnikadan istifadə edilib. Onun üzündə sevinclə kədərin eyni vaxtda əks olunması portret sənətində çatdığı məqamı göstərir. Əsər Ellinistik Dövr rəssamlıq sənətində “üç dörddəbir görünüş” adlanan texnika ilə hazırlanmışdır. Bu texnikadan böyük rəssamlar da rəssamlıqda istifadə edirdilər. Leonardo Da Vinçinin “Mona Liza” tablosu bu texnika ilə hazırlanmış işlərə misaldır. Bu xüsusiyyətlərinə görə əsər Zeuqmanın və Qaziantepin simvoluna çevrilib.
ABŞ-ın Bowlig Green State Universitetində tapılan on iki itmiş parça Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə muzeyə aparıldıqdan sonra Qaraca Qız Mozaikasının daha bir hissəsi Zeuqma Mozaika Muzeyində ziyarətçilərin ixtiyarına verilib.
Okeanos və Tetis mozaikası (2-ci və 3-cü əsrlər)
Okeanos və Tetis mozaikası Okeanos Villasının dayaz hovuzunun döşəmə mozaikasıdır. Erkən Roma İmperatorluğu dövrünə aid olan bu mozaikada həyat mənbəyi olan çay tanrısı Okeanos və onun həyat yoldaşı Tetis təsvir olunub. Həndəsi üçlü qəfəsli haşiyə ilə haşiyələnmiş mozaikanın ortasında Okean və həyat yoldaşı Tetis təsvir edilmişdir. Onların ətrafında dənizin məhsuldarlığına dəlalət edən müxtəlif balıq növləri və Eros sürən delfinlər görünür. Okeanın ən çox təsvir edilən atributları ilanlar və balıqlardır.
Mozaikada Okeanus başında xərçəng pəncələri ilə görünür. Bu sancaqlar onun ən xarakterik xüsusiyyətlərindən biridir. Keramika üzərindəki fiqurlarda ayaqları yerinə ilban balığının quyruğu təsvir edilsə də, mozaika sənətində o, burada olduğu kimi başında yalnız sancaqlar olan büst kimi təsvir edilir. Həyat yoldaşı Tetis Okeanın yanında və alnında qanadlarla təmsil olunur. Ortada ilan bədənli mifoloji dəniz canlısı Ketos adlı əjdaha var. Çünki Zeuqma adına zərb edilən sikkələrdə göründüyü kimi, Zeuqmada Fərat çayı əjdaha kimi ifadə edilmişdir. Bu iki əsas fiqurdan başqa, mozaikanın yuxarı sağ hissəsində qaya üzərində oturub balıq tutan, çobanların qoruyucu tanrısı Pan olduğu düşünülən gənc kişi fiquru var. Eros və Panın yan fiqurları çölə baxaraq təsvir edilmişdir ki, bu da hovuzun gəzmək üçün nəzərdə tutulduğunu göstərir.
Yunan mifologiyasına görə, Okean Qayanın on iki Titan (nəhəng) uşağından biridir. Qədim Yunanıstanın dünyagörüşünə görə, yer dairəvi və yastı diskə bənzəyir və Okean bu diski əhatə edir. Okean əslində dəniz kimi deyil, universal çay və çayların atası kimi yaradılmışdır. Dərin burulğanlı və təlatümlü kimi təsvir edilir.
Mifologiyada Okeanos okean deyil, dünyanı əhatə edən bir çaydır və günəşin istisi altında buxarlanaraq yağışa çevrilərək təbiətə həyat verən suyun istifadə olunduqdan sonra çaylar vasitəsilə dənizə qayıtması izah edilir.
Akratos və Euphrosine mozaikası (eramızın 2-ci və 3-cü əsrləri)
Akratos və Euphrosine mozaikası “Menad” villasının bir otağına aid döşəmə mozaikasıdır. 1998-ci ildə Qaziantep Muzeyində aparılan xilasetmə qazıntısı zamanı Qaraca Qızı olduğu müəyyən edilən mozaika yan otaqdan çıxarılıb.
Mozaikada adı “hökmdar, ötürücü” mənasını verən Akratos və “sevinc və sevinc bəxş edən” mənasını verən su pərisi Euprosine görünə bilər.
Kompozisiyada Akratos ilahi mənbədən götürülmüş qızıl kraterdəki müqəddəs şərabı bolluq buynuzlu Euprosine təqdim edərkən təsvir edilmişdir. Sağda Euprosine ağacın altında uzanmış vəziyyətdə təsvir edilmişdir. Alkoqolun rahatlığı hər iki fiqurun duruşlarında və üz ifadələrində hiss olunur. Kompozisiyanın sol tərəfindəki zəng kraterinin fiqurlardan daha böyük olması və onların yuxarısında təsvir edilməsi bu bayrama və şəraba diqqəti cəlb etməklə yanaşı, onun müqəddəsliyini də xatırladır.
Axilles Mozaikası (Eramızın II – III əsrləri)
Yunan mifologiyasının ən çox mövzusu olan şəxs Axillesdir. Axilles Peleus və Thetisin oğludur. Fani Peleusla könülsüz evlənən Thetis uşaqlarını da özü kimi ölməz etmək üçün odda yandırıb. Bir gecə Peleus yuxudan oyandı və arvadının uşağı Axillesin dabanından tutub atəşə atdığını gördü. Bunu görən Peleus uşağı anasının əlindən alıb və arvadını evdən qovub. Başqa bir rəvayətə görə, Thetis öz uşağını odda yandırmaqla deyil, Stiks çayına batırmaqla əbədiləşdirib. Bu səbəbdən Axillesin heç bir yerində, anasının əli ilə tutduğu ayağının dabanından başqa heç bir silah oyulmuş deyildi.
Rəvayətlərə görə, dağda kentavr Xiron tərəfindən böyüdülən Axilles hər şeydə bacarıqlı bir gənc olur. Axeylər və Troyalılar arasında müharibə başlayır və Axilles müharibəyə qoşulmayınca müharibə qalib gəlməyəcək. Troya müharibəsində iştirak etməyə qərar verən Axillesin müharibədə ölməsinin qarşısını almaq üçün atası və ya anası Skyros adasına Kral Likomedin sarayına göndərilir. Hərəmdə yaşayan Axilles burada “qırmızı saçlı” adlandırılır və onun Likomedin qızlarından biri ilə birləşməsindən Neoptolemos adlı bir oğul dünyaya gəlir.
Axeylilərin görücü Kalxas ona Axillesin ekspedisiyaya qatılmadığı təqdirdə Troyanın alınmayacağını bildirdikdən sonra Odissey Axili axtarmağa çıxır. O, Skyrosa gələndə özünü səyyar satıcı qiyafəsində geyinir və Lykomedesin hərəminə girir. Qızların qarşısında bağlamasını açanda çoxlu parçadan bir neçə qiymətli silah da çıxarır. Axilles bu silahları görəndə müqavimət göstərə bilmir və onları alıb istifadə etməyə həvəs göstərir. Beləliklə, o, kimliyini ortaya qoyur. Odissey onun arxasınca gedir və onu Axey ordusunun toplaşdığı yerə aparır. Axilles döyüş meydanında Parisin atdığı oxla dabanından vurularaq öldü.
Bu mozaika pannoda Axilles mifologiyasının ürəyi olan Axilles şəxsiyyətinin üzə çıxması səhnəsi təsvir edilmişdir. Ön tərəfdəki fiqurların sütunların əks istiqamətində soldan sağa həkk olunması həyəcan və hərəkətliliyi təmin edir. Bundan əlavə, mozaika panelinin dalğa motivləri ilə əhatə olunması hovuz su ilə dolduqda təsvirin animasiyalı görünməsinə səbəb olur.
Bu bir muzeyin bitib tükənməyən tarixinin bir parçasıdır. Əslində Zeuqma muzeyi mozaikanın bütün incəliklərini əxs etdirən sənət əsəridir. Maraqlıdır ki, Avropadan gələn turistlərin böyük hissəsi məhz bu muzeyə baş çəkir. Sizin də yolunuz Qazantepə düşsə, mütləq bu qədim daşlarla cilalanmış muzeyi ziyarət edin.
Qoşqar Salmanlı