İngiltərənin məşhur “Mançester Yunayted” futbol klubu müdafiəçilər Viktor Lindelof, Conni Evans, eləcə də danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin müqavilələrinin başa çatması ilə əlaqədar klubdan ayrıldığını açıqlayıb. Klub hər üç idmançıya əməkdaşlığa görə təşəkkür edib və onlara gələcək uğurlar arzulayıb. Bazar günü, mayın 25-də “Mançester Yunayted” – “Aston Villa” matçında hər üç futbolçu meydana çıxıb və Eriksen qol vurub.