İngiltərənin Manchester United klubu, Ruben Amorim ilə yollarını ayıraraq baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Darren Fletcheri gətirib. Vətəninfo.az xəbər verir ki, klub, bu qərarı mövsümün sonuna qədər qəbul edib.
Fabrizio Romanonun verdiyi məlumata görə, “Qırmızı şeytanlar” mövsümün sonunda baş məşqçi postuna Ole Gunnar Solskjaer’i geri qaytarmağı ciddi şəkildə düşünürlər. Manchester United rəhbərliyi, norveçli mütəxəssisin rəhbərliyi altında gələcəkdə daha yaxşı nəticələr əldə etmək niyyətindədir.


























