image-1backend

Maradonanın cəsədi mavzoleyə köçürülür

image-reklam_sirab_01

Argentinanın San-İsidro şəhərinin məhkəməsi əfsanəvi Dieqo Maradonanın övladlarının futbolçunun cəsədinin mavzoleyə köçürülməsi barədə xahişini qəbul edib.

Vətəninfo.az “Clarin” istinadən xəbər verir ki, dünya futbolunun əfsanəsinin cənazəsi özəl (qapalı) Bella Vista qəbiristanlığından Buenos-Ayresin mərkəzində tikilən mavzoleyə köçürüləcək.

Mavzoleyin tikintisi futbolçuya həsr olunmuş “Memorial 10” layihəsinin bir hissəsidir. Layihəyə əsasən, mavzoley ziyarətçilərin üzünə açıq olacaq.

Qeyd edək ki, məşhur futbolçu 25 noyabr 2020-ci ildə, 60 yaşında vəfat edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki