image-reklam-veteninfo
image-1backend

Marko Rubio Özbəkistana səfər edib

image-reklam-veteninfo

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana səfər edib.

Vətəninfo.az xəbər verir ki, o, Səmərqənd Beynəlxalq Hava Limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

Bu barədə Səidə Mirziyoyeva “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Məlumata görə, bazar ertəsi Səmərqənddə ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası, həmçinin “C5+1” formatında xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüşlərdə ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi və investisiya əməkdaşlığının, eləcə də regional əlaqələrin müzakirə olunacağı gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki