Masallıda 17 yaşlı ananın körpəsi ölü doğulub.
TƏBİB-dən Vətəninfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı 40 həftəlik dölün ( USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Qeyd olunub ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib: “Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, 16.07.2024-cü il tarixində saat 04.00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü körpə doğulub”.