Masallıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Kosakül kəndindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini S.Əliyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.