image-1jpegbackend

Maskalı şəxslər Göyçay sakinini döyərək avtomobilin yük yerində saxlayıb, 5 min manatını alıblar

image-reklam_sirab_01

Göyçay rayonunda quldurluq hadisəsi törədilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Vətəninfo.az-a verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər.

Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki