image-reklam-veteninfo
image-163792backend

Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi təyin olunub

image-reklam-veteninfo

“Mançester Yunayted” futbol klubunun baş məşqçisi vəzifəsinə Maykl Kerrik təyin edilib.
44 yaşlı mütəxəssislə bağlanan müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.
Maykl Kerrik 2006–2018-ci illərdə “Mançester Yunayted”in formasını geyinib və bu müddət ərzində komanda ilə birlikdə 17 titul qazanıb.

Onun son məşqçilik fəaliyyəti “Midlsbro” klubunda olub. Kerrik 2025-ci ilin yazında həmin komandadan ayrılıb. Bundan əvvəl o, “Mançester Yunayted”də norveçli mütəxəssis Ole-Qunnar Sulşerin köməkçisi kimi də çalışıb.

Qeyd edək ki, Premyer Liqada 21 turdan sonra “Mançester Yunayted” turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki