“Real Madrid”in 26 yaşlı fransalı hücumçusu Kilian Mbappe La Liqada kral komandasında ilk mövsümündə vurduğu qolların sayına görə əfsanəvi Alfredo Di Stefanonun rekordunu geridə qoyub. Vətəninfo.az-ın məlumatına görə, bu barədə Squawka xəbər verir.
İspaniya çempionatının 36-cı turunun matçında Mbappe “Malyorka”ya 1 qol vuraraq (2:1) La Liqada qollarının sayını 28-ə çatdırıb. Di Stefano 1953-1954-cü il mövsümündə 27 qol vurub.
Mbappe bütün yarışlarda 40 qol vurub ki, bu da ilk mövsümündə Real Madridin yeni oyunçusu üçün rekorddur.