image-reklam-veteninfo
image-166063backend

Məhəmməd Salah ağır ZƏDƏLƏNDİ

image-reklam-veteninfo

İngiltərə çempionu “Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salah Premyer Liqanın 34-cü turunda “Kristal Palas”a qarşı oyunda bud əzələsindən zədə alıb. “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.

Salah artıq Liverpulda oynamayacaq. Reuters agentliyinin məlumatına görə, 33 yaşlı futbolçunun sağalması üçün ən azı bir ay vaxt lazımdır. Salah və Liverpul bu mövsümün sonunda tərəfdaşlıqlarına son qoyduqlarını elan etdilər. O, azad agent olacaq.

Məhəmməd Salahın iyun-iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokuna hazır olacağı gözlənilir. Misir qrup mərhələsində Belçika, Yeni Zelandiya və İranla qarşılaşacaq.

Salah bu mövsüm “Liverpul”da 39 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki