Vətəninfo.az xəbər verir ki, İngiltərə çempionatının 14-cü turunun matçında 2 qol və 1 məhsuldar ötürmə ilə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Premyer Liqada ingilis hücumçusu Ueyn Runinin rekordunu geridə qoyub.
Opta xəbər verir ki, Premyer Liqada 37 matçda Salah ən azı bir qol vurub və bir məhsuldar ötürmə edib. Runi 36 oyunda belə göstəriciyə malik olub.
14-cü turda “Liverpul” səfərdə “Nyukasl Yunayted”lə qarşılaşıb – 3:3.