image-5backend

Meksikada iki qadın cinayətkar qrup tərəfindən yandırılıb

image-reklam_sirab_01

Meksikada 2 qadın mütəşəkkil cinayətkar qrup tərəfindən öldürülüb.

Bu barədə Veteninfo.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Quanaxuato əyalətinin Selaya şəhərində baş verib. Kartel üzvü olduğu iddia edilən bir qrup silahlı şəxs qara rəngli avtomobilin yük yerində 2 qadının qollarını bağlayıblar. Onlar sonra benzin tökərək maşını yandırıblar.

Ətrafdakı insanlar yanan avtomobili görərək yanğınsöndürmə xidmətinə müraciət ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər və avtomobildə 2 qadının yanmış meyitini aşkarlayıblar.

Qətldən sonra kartelə üzv olduqlarını iddia edən şübhəlilərin geniş miqyaslı axtarışlarına başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki