image-1backend

“Mən hələ də Parisliyəm”- Kilian Mbappe

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe PSJ-dən ayrıldıqdan sonra klubun azarkeşi olaraq qaldığını açıqlayıb.

“Mən hələ də Parisliyəm. Amma indi yalnız bir azarkeş kimi” dedi.

Bundan əvvəl Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi Mbappenin Paris klubunun 55 milyon avro borcu ilə bağlı müraciətini rədd etmişdi.

Mbappe 2018-ci ildən bu ilin yayına kimi PSJ-də çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 308 matçda iştirak edib, 256 qol vurub və 108 məhsuldar ötürmə edib.

25 yaşlı forvard dekabrın 10-da İtaliyanın “Atalanta” komandası ilə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda aldığı zədəni hazırda sağaldır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image