“Real Madrid”in ulduzu Raul Asensio azyaşlının intim videosunu yaydığına görə həbs oluna bilər. Prokurorlar onu uşaq pornoqrafiyasını yaymaqla yanaşı şəxsi həyatın toxunulmazlığı qanunlarını pozmaqda ittiham edirlər.
Zərərçəkən tərəf israr edir ki, Asensio real cəza – 4 il müddətinə azadlıqdan məhrum edilsin. Vətəninfo.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Eyni iş üzrə Asensiodan başqa daha üç nəfər də istintaqa cəlb olunub. Onların da futbolla əlaqəsi var.