Argentina futbol komandasının və İngiltərənin “Çelsi” klubunun futbolçusu Enzo Fernandes yol hərəkəti qaydalarını pozduğu üçün sürücülük vəsiqəsindən məhrum edilib. Qadağa iki il müddətində qüvvədə olacaq. İş idmançının yoxluğunda araşdırılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Sky News xəbər yayıb.
Nəşrin məlumatına görə, Fernandes vergilər və rüsumlar da daxil olmaqla 3020 fut məbləğində cərimə olunub.
Argentinalı yarımmüdafiəçi ötən ilin noyabrında Carmarthenshire-də öz Porsche Cayenne 28 avtomobilində qırmızı işıqda yanmışdı. İdmançı avtomobil idarə etməsi ilə bağlı məlumatı açıqlamayıb və ötən ilin sonuna kimi müvafiq məlumatı polisə təqdim etməyib. Fernandes ötən mövsüm “Çelsi”nin 40 oyununda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 75 milyon avrodur.