Vətəninfo.az xəbər verir ki, sərbəst güləş üzrə üçqat Olimpiya çempionu, rusiyalı atlet Buveysar Saytiyev 49 yaşında vəfat edib.
Ölümün ilkin səbəbi ürək dayanmasıdır.
Rusiya mətbuatı xəbər verir ki, bu yaxınlarda Saytiev ürək problemlərindən Moskva xəstəxanalarından birində müalicə olunurdu.
O, əslən Dağıstanın Xasavyurt şəhərindən idi.
Atlanta (1996), Afina (2004) və Pekin (2008) Olimpiya Oyunlarının qalibi olub.
O, həm də 6 qat dünya, 6 qat Avropa çempionudur.